herosecpages1_page-0001
blank
22 may 2017–ci il
17-19 May 2017-ci il tarixdə Baku Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilmişdir (Bakı şəhəri). Sərgidə institutda təcrübi nümunələri hazırlanmış, dövlət sınağından keçmiş və Kaspi Yıldız zavodu ilə birgə partiya şəklində istehsal olunmuş kəndli - fermer təsərrüfatları üçün nəzərdə tutulan 4 adda kiçik qabaritli maşın ( qarğıdalı dənini qıcadan ayıran, dənli yemləri xırdalayan, quru ot doğrayan və qozu qərzəkdən təmizləyən) digər kənd təsərrüfatı texnikaları ilə birlikdə nümayiş olunmuşdur. Sərginin açılışında ölkə Prezidenti cənab İlham Əliyev, I-ci Vitse Prezident Mehriban Əliyeva, Kənd Təsərrüfatı Naziri Heydər Əsədov və digər rəsmi şəxslər iştirak etmişlər. Qurğular sərgi iştirakçılarının, kəndli – fermerlərin və mexanizatorların marağına səbəb olmuşdur.

Ən son xəbərlər

Scroll to Top