Artıq İnstitutda ixtira səviyyəsində patentləri alınmış, kəndli–fermer təsərrüfatları üçün təcrübi nümunələri hazırlanmış və məişət gərginliyi (220V) ilə işləyən 4 (dörd) ədəd kiçik qabaritli, az enerji sərf edən : universal dənli (qüvvəli) yemləri xırdalayan, quru ot doğrayan, qarğıdalı dənini qıçadan ayıran və qozu qərzəkdən təmizləyən və yuyan maşın Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Kaspi–Yıldız” zavodu (Bakı ş.) tərəfindən müəyyən partiya şəklində hazırlanaraq “Aqrolizinq” ASC xətti ilə Ucar, Şirvan və Gəncə Təchizat Bazarlarında aşağıdakı qiymətlərlə satışa çıxarılmışdır:
- Universal dənli (qüvvəli)yemləri xırdalayan maşın - 780 man
- Quru ot doğrayan maşın - 740 man
- Qarğıdalı dənini qıçadan ayıran maşın - 640 man
- Qozu qərzəkdən təmizləyən və yuyan maşın - 610 man
