17 yanvar 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR:
- İnstitutun 2020-ci il üçün Elmi Şuranın tərkibinin və iş planının təsdiqi.
- İnstitutun 2020-ci il üçün strukturu və ştat cədvəlinin təsdiqi.
- İnstitutun 2020-ci il üçün mövzu planının təsdiqi.
- Müxtəlif məsələlər.
- Dinlənildi:böyük elmi işçi H.N.Qurbanov dərc olunmaq üçün təqdim etdiyi “Pambığın becərilməsində mulçalama texnologiyası və mulçalayan maşınlar” adlı məqaləsinin məzmunu ilə tanış etdi.
- Dinlənildi:direktor K.H.Fətəliyev institutun əməkdaşları İ.O.Məmmədov, K.H.Yaqubov, X.Ə.Məmmədov, E.Ə.Süleymanov gələcəkdə su qıtlığını nəzərə alaraq tərtib edilmiş “Sadə konstruksiyalı subartezian quyusu qazan qurğu” adlı layihənin məzmunu ilə tanış etdi.
