20 oktyabr 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. İnstitutun 2021-2023-cü illər üçün elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi. 2. İnstitutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi. 3. Müxtəlif məsələlər. Birinci məsələ üzrə: Dinlənildi: direktor K.H.Fətəliyev 2021-2023-cü il üçün elmi-tədqiqat işlərinin əhatəli planı ilə tanış etdi (əhatəli mövzu planı əlavə olunur). Mövzu planında 1 istiqamət, 2 problem və 8 elmi mövzunun işlənməsi nəzərdə tutulur. Qərara alındı: İnstitutun 2021-2023-cü illər üçün elmi-tədqiqat işlərinin əhatəli planı bəyənilsin və Aqrar Elm və İnnovasiya Mərkəzinə təsdiq üçün təqdim edilsin. İkinci məsələ üzrə: Dinlənildi: elmi işlər üzrə direktor müavini vəzifəsini m.i.e. X.Ə.Məmmədov İnstitutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planı ilə tanış etdi. Mövzu planında 1 istiqamət, 2 problem və 8 mövzudan ibarətdir (mövzu planı əlavə olunur). Üçüncü məsələ üzrə: Dinlənildi: “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyasının müdiri Ə.A.Cəfərov laboratoriyanın “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” adlandırılmaqla elmi-tədqiqat işinin aparılmasını təklif etdi. “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyası “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” adlandırılsın. Dinlənildi: “İnformasiya təminati, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədov təşəbbüs göstərərək “İpəkçilikdə ipəkqurdu yumurtasının (qrena) oyadılması prosesində enerji və vəsaitqoruyucu texnologiyaların, texniki vasitələrin işlənməsi” mövzusunda elmi-tədqiqat işinin aparılmasını təklif etdi. Qərara alındı: “İnformasiya təminati, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun təşəbbüs təklifi qəbul edilsin.
