İnstitutun əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Meyvə və kol ağaclarını silkələyən qurğu”nun ilkin sınağı aparılmışdır. Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur.
Hazırlanmış bu qurğu vasitəsi ilə qoz, fındıq, badam, şabalıd, zeytun, alma, tut və s. meyvələrin silkələnərək yığılmasında istifadə etmək olar.
Qurğu kənd təsərrüfatlarında bağçılıq və meyvəçiliklə məşğul olan fermer təsərrüfatları üçün nəzərdə tutulmuşdur.
Müəyyən edilmişdir ki, qurğu gün ərzində 1-2 ha yaxın meyvə bağlarında məhsulun yığılmasında istifadə edilə bilər.
"Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun veb saytına xoş gəlmisiniz!
Əziz istifadəçilər!
Veb saytımızda təkmilləşdirmə və yenidənqurma işləri davam etdirildiyi üçün vizual və funksional pozuntularla rastlaşa bilərsiniz. Təkmilləşdirmə prosesi ən qısa zamanda yekunlaşacaqdır. Anlayışınıza görə təşəkkür edirik!