"Aqrar İnnovasiya Mərkəzi" tərəfindən təşkil olunan “Aqrar Biznes Festivalı” və ilk “Ərik Festivalı” 8 iyun 2024-cü il tarixində Samux rayonunda keçirilmişdir.
Festivalın keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.
Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri,bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları və rayon ictimaiyyəti iştirak edib.
Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib.
Festivalda institutumuzun bir qrup əməkdaşları iştirak etmişlər.
"Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun veb saytına xoş gəlmisiniz!
Əziz istifadəçilər!
Veb saytımızda təkmilləşdirmə və yenidənqurma işləri davam etdirildiyi üçün vizual və funksional pozuntularla rastlaşa bilərsiniz. Təkmilləşdirmə prosesi ən qısa zamanda yekunlaşacaqdır. Anlayışınıza görə təşəkkür edirik!