herosecpages1_page-0001
blank
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə institut rəhbərliyi Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Ümummilli Liderimizin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru – texnika elmləri namizədi, dosent, Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru. Kamil Fətəliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin müstəqil və müasir Azərbaycan dövlətinin qurulmasında və ölkədə sabitliyin təmin edilməsindəki misilsiz xidmətlərini vurğulayıb. O qeyd edib ki, Heydər Əliyev yalnız böyük bir siyasətçi kimi deyil, həm də müdrikliyi və dövlətçilik təfəkkürü ilə xalqın yaddaşında əbədi qalıb.
Heydər Əliyev 1923-cü ildə Naxçıvanda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1987-ci ildə siyasi təzyiqlər nəticəsində vəzifəsindən uzaqlaşdırılsa da, 1990-cı illərdə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə geri qayıdıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra isə Azərbaycanı müstəqil dövlət olaraq inkişaf etdirmək üçün çoxsaylı islahatlar həyata keçirib.
Heydər Əliyevin uzaqgörən siyasəti və liderlik bacarığı sayəsində Azərbaycan çətin dövrləri uğurla adlayaraq müasir, güclü bir dövlətə çevrildi. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar onun müəyyən etdiyi inkişaf strategiyasının təbii nəticəsidir. Direktor Kamil Fətəliyev əlavə edib ki, Prezident İlham Əliyev Ulu Öndərin irsini uğurla davam etdirərək Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirib.
Tədbirdə çıxış edən “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının aparıcı elmi işçisi – Kamal Yaqubov, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri – t.f.d., dosent Elbrus Paşayev və “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının müdiri – t.e.d., professor, baş elmi işçi Şahlar Babayev, Ulu Öndər Heydər Əliyevin aqrar sahəyə verdiyi əvəzsiz töhfələri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb, eyni zamanda Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, bugünkü inkişafın təməlini qoyduğunu qeyd ediblər.

Ən son xəbərlər

Scroll to Top