“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları I dərəcəli diplomla təltif olundu

İnstitutun əməkdaşlarından – Kamil Fətəliyev, Elmar Nağıyev, Hüseyn Qurbanov, İsrayıl Məmmədov, Vüsal Tağıyev tərəfindən yazılmış “Dağ kotanı” adlı elmi məqalə Qazaxıstan Respublikasının (Astana şəhəri) “Elm və Təhsil: Yeni Dövr” adlı beynəlxalq jurnalında dərc edilmiş (№ 12) və müəlliflər Respublika Elm-Təhsil müəssisələri arasında keçirilmiş “2025-ci ilin ən əhəmiyyətli məqaləsi” adlı beynəlxalq müsabiqənin qalibi hesab edilərək I dərəcəli diploma layiq görülmüşdür.

Bu münasibətlə müəllifləri səmimi qəlbdən təbrik edir, elmi fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayırıq.

Məqaləyə ətraflı buradan baxa bilərsiniz.  

Ən son xəbərlər

Scroll to Top