Elmi Şuranın növbəti iclası çərçivəsində institutun illik fəaliyyətinin yekunları ümumiləşdirilmiş, 2025-ci il üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələri təhlil edilmiş, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan elmi fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
İclası institutun direktoru, texnika elmləri namizədi, dosent, Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru Kamil Fətəliyev giriş sözü ilə açaraq, Elmi Şura üzvlərini salamlamış, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, həmçinin iclasın gündəliyinə daxil edilmiş məsələləri iştirakçıların diqqətinə çatdırmışdır. O, hesabat dövrü ərzində institut tərəfindən əldə olunmuş elmi və təşkilati nailiyyətləri ətraflı şəkildə təhlil edərək, bu nəticələrin qorunub saxlanılması və daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkmiş, qarşıdakı mərhələdə məqsədyönlü, əlaqələndirilmiş və ümumi fəaliyyətin rolunu xüsusi olaraq nəzərə çatdırmışdır.
İclas çərçivəsində nəzərdə tutulmuş məsələlər üzrə məruzə və məlumatlar təqdim edilmişdir. Laboratoriyaların rəhbərləri tərəfindən edilən çıxışlarda hesabat ili ərzində görülmüş elmi-tədqiqat fəaliyyətinin ümumi mənzərəsi, əldə olunan nəticələrin elmi yeniliyi və tətbiq perspektivləri, habelə gələcək mərhələdə planlaşdırılan fəaliyyət istiqamətləri diqqətə çatdırılmışdır. Eyni zamanda, aparılan tədqiqatlar kənd təsərrüfatının inkişafı və istehsalat proseslərində elmi əsaslı yanaşmaların effektivliyinin artırılması baxımından önəmli rol oynamışdır.
Elmi Şuranın iclasında gələcək ilin elmi-tədqiqat fəaliyyətinin istiqamətləri, prioritet mövzular və aktual problemlər diqqətlə müzakirə olunmuş, tədqiqatların kənd təsərrüfatı və sahə fəaliyyətinə göstərdiyi təsirlər qiymətləndirilmişdir. Müzakirələr nəticəsində institutun elmi fəaliyyətinin gücləndirilməsi, tədqiqatların keyfiyyətinin artırılması və əldə olunan nəticələrin tətbiq sahəsində daha da geniş istifadə olunması üçün gələcək fəaliyyət və əsas göstərişlər formalaşdırılmışdır.
