
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun kollektivi Azərbaycan tarixində milli azadlıq mübarizəsinin və xalq iradəsinin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin 36-cı il dönümünə həsr olunmuş Ümumşəhər tədbirində "Gəncə Şəhidlər Xiyabanı"nı ziyarət etmişdir.
Ziyarət zamanı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra institutun əməkdaşları Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsini dərin ehtiram və qürur hissi ilə yad edərək, Şəhidlər Xiyabanında ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.





