Tarix: 11 avqust 2020-ci il. “Rotorlu disperqator” qurğusuna Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2720776, 2020-ci il). TƏBRİK EDİRİK! Bu qurğunun iş prinsipi aşağıdakı kimidir. Emal olunması nəzərdə tutulan üzlü süd əvəzedicisinin birləşmələri ardıcıllıqla, ilk olaraq mayeli və daha sonralar quru maddələr həcmə daxil edilir. Həcm yükləndikdən sonra, maye 40°C – dək qızdırılır və mühərrik işə salınmaqla rotorlu disperqator dövrü hərəkət başlayır. İş prosesi zamanı bu aparat 3000 dövr / dəqiqə sürətlə həcmin daxilindəki birləşmələri qarışdırmağa başlayır. Bu zaman disperqasiya, homogenləşmə və qarışdırılma ardıcıl olaraq eyni zamanda aparılır. Məhsul hazırlandıqdan sonra yönləndirici və hərəkət mexanizmin köməkliyi ilə qurğu hərəkətə gətirilərək buzovlar olan yerə istiqamətləndirilir.

