
Xudayar Məmmədov
17 iyun 1956-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun “Mexanika” fakultəsini bitirmiş və “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” üzrə mühəndis-mexanik ixtisası almışdır.
1978-82-ci illərdə “Gəncə Cihazqayırma” zavodunda mühəndis-texnoloq, mühəndis-konstruktor vəzifələrində işləmişdir.
1980-ci ilin aprelindən 1981-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur.
1982-1998-ci illərdə Gəncə “Rabitəsənaye” zavodunda “Texnoloji avadanlıqların layihələndirilməsi” üzrə II kateqoriya mühəndis-konstruktor vəzifəsində çalışmışdır.
1998-2000-ci illərdə Müdafiə Nazirliyi Gəncə Məişət Xidməti Kombinatında direktor vəzifəsində işləmişdir. 2000-2008-ci illərdə Gəncə “Rabitəsənaye” zavodunda Texniki şöbənin rəisi vəzifəsində işləmişdir.
03 mart 2008-ci il tarixindən “Aqromexanika” ETİ-da “Alternativ enerji mənbələri” laboratoriyasında “Baş mütəxəssis”, laboratoriya müdiri vəzifəsində çalışmışdır.
01 yanvar 2016-cı il tarixdən “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasında laboratoriya müdiri vəzifəsində çalışır.
22 aprel 2019-cu il tarixdən “Aqromexanika” ETİ-da hal-hazıra qədər direktorun elmi işlər üzrə müavini vəzifəsinin icrası həvalə edilmişdir.
32-dən çox elmi əsərin, o cümlədən 8 tövsiyə, 4 ixtiranın müəllifidir.
Kənd Təsərrüfatı Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur (2021-ci ildə).
Ailəlidir, 2 övladı, 4 nəvəsi vardır.