
Gülmayə Məmmədova
Məmmədova Gülmayə Nazim qızı 8 mart 1966-cı ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olubdur.
1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (ADAU) “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsini bitirib.
1992-1999-cu illərdə Ağamalıoğlu kənd orta məktəbində biologiya müəllimi vəzifəsində çalışmışdır.
2001-2015-ci illər ərzində İpəkçilik Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsində işləmişdir.
2015-ci ildən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
09 sentyabr 2021-ci il tarixdən “Aqromexanika” ETİ-da hal-hazıra qədər elmi katib vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.
