Custom Preloader Icon
0%
YÜKLƏNİR...
herosecpages1_page-0001
blank
YARANMA TARİXİ

“Aqromexanika“ Elmi-Tədqiqat İnstitutu keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli 28 saylı qərarı əsasında o zaman Respublikada fəaliyyət göstərən kənd təsərrüfatı elmi-tədqiqat institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu (Az. ETKTMEİ) adı altında yaradılmışdır.

1980-ci il dekabrın 16-da Ümummilli lider Heydər Əliyev Gəncədə (keçmiş Kirovabad şəhəri) olarkən institutun alimləri tərəfindən hazırlanmış müxtəlif maşın, qurğu və avadanlıqlarla tanış olmuş, müsbət münasibətini bildirmiş və faydalı məsləhətlər vermişdir.

Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) institutun uğurları xüsusilə fərqlənmişdir.

Bunun nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bayrağına, 1986-87-ci iliərdə isə İttifaq ET institutları arasında ixtiraciliq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23 may 1997-ci il tarixli 135 saylı əmri ilə institut “Aqromexanika” Elm-İstehsalat Mərkəzi, 16 dekabr 1999-cu il tarixdən isə Nazirlər Kabinetinin 190 saylı qərarı ilə Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” İnstitutu adı altında Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzinin struktur tabeçiliyində büdcədən maliyyələşən və qismən təsərrüfat hesablı dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir.

Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Aqrar Elmi Mərkəzinin və onun tabeliyindəki elmi- tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında 17 aprel 2015-ci il tarixli 109 saylı qərarı ilə institutun adı yenidən dəyişdirilərək həmin institutun hüquqi varisi olmaqla “Aqromexanika” Elmi- Tədqiqat İnstitutu adlandırılmış və Respublika Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyinə verilmişdir.

İnstitut hazırda ölkənin aqrar sahəsində mexanikləşdirmə, texniki vasitələrin yaradılması və innovativ texnologiyaların işlənməsi istiqamətində elmi fəaliyyət göstərir.