
14 iyul 2023-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
1. İnstitutun dissertanti İlham Vüqar oğlu Xasməmmədlinin 3102.01 “Aqromühəndislik”
ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim
etdiyi “Seleksiya məqsədi üçün titrəyişdoğrucu mexanizmin tətbiqi ilə toxumluq
qarğıdalı seçmə texnologiyasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin ilkin
müzakirəsi.
2. Müxtəlif məsələlər.
3. Dinlənildi:
İnstitutun dissertanti İlham Vüqar oğlu Xasməmmədlinin “Seleksiya məqsədi üçün
titrəyişdoğrucu mexanizmin tətbiqi ilə toxumluq qarğıdalı seçmə texnologiyasının
təkmilləşdirilməsi” (3102.01 “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi
və ilkin müzakirəsi.
Dissertasiya işinin elmi rəhbəri : t.e.d., professor B.M.Bağırov
Dissertasiya işinə rəy verənlər:
– t.f.d., dosent E.A.Paşayev.
– t.f.d., dosent S.F.Sadıxov.
Qərar:
Dissertant İlham Vüqar oğlu Xasməmmədlinin “Seleksiya məqsədi üçün titrəyişdoğrucu
mexanizmin tətbiqi ilə toxumluq qarğıdalı seçmə texnologiyasının təkmilləşdirilməsi”
mövzusunda dissertasiya işinin göstərilən iradları aradan qaldırılmaqla Azərbaycan Dövlət Aqrar
Universitetin nəzdində olan F.D 2.26 Dissertasiya Şurasında müdafiəsi məqsədə uyğun hesab
edilsin.