ƏLAQƏ
İnstitutumuzun əməkdaşının tədqiqat işi Türkiyədə keçirilən beynəlxalq konqresdə bəyənilib və yüksək reytinqli jurnalda nəşrə qəbul olunub
Baxış sayı: 39

"Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun Elmi katibi Hüseyn Qurbanov Türkiyənin Sinop şəhərində təşkil olunan 8-ci Beynəlxalq Anadolu Kənd Təsərrüfatı, Qida, Ətraf Mühit və Biologiya Konqresində (TARGID) onlayn formatda uğurla iştirak edib və beynəlxalq sertifikatla təltif olunub.


Alim konqresdə "Əkinqabağı torpağın becərməsi üçün yüksək sürətli troslu-aparan rotorlu çevik malanın parametrlərinin optimallaşdırılması və iqtisadi-statistik təhlili " (The Parameter Optimization And Economic-Statistical Analysis Of A Flexible Cable-Driven Rotary Harrow For High-Speed Pre-Sowing Cultivation) mövzusunda elmi məruzə ilə onlaynla çıxış edib. Təqdim olunan tədqiqatda ağır gilli torpaqlarda 14–16 km/saat yüksək sürət rejimində torpağın struktur dinamikası, ovxalanma dərəcəsinin yüksəldilməsi və resurslara qənaət göstəriciləri riyazi və empirik modellərlə əsaslandırılıb.


Konqresdə dinlənilən bu əlyazma Elmi Heyət tərəfindən yüksək qiymətləndirilərək bəyənilib və beynəlxalq xülasələndirmə bazalarına daxil olan yüksək reytinqli jurnalda nəşr edilmək üçün tövsiyə olunub.


İnstitutumuzun rəhbərliyi və bütün kollektivi adından Hüseyn müəllimi bu mühüm elmi nailiyyət, beynəlxalq sertifikat və məqaləsinin nüfuzlu jurnalda nəşrə qəbul edilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona növbəti elmi işlərdə böyük müvəffəqiyyətlər arzulayırıq!


https://targid.net/index.php/TURSTEP/article/view/796

SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ:
DİGƏR XƏBƏRLƏR