13 iyul 2023-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlik məsələlər:
- İnstitutun 2023-cü il üçün mövzu planı üzrə yarımillik qısa elmi hesabatların müzakirəsi.
- Müxtəlif məsələlər.
- Dinlənildi: ”Bitkiçiliyin mexanikləşdirilməsi “ laboratoriyasının müdiri t.f.d.,dosent E.M.Nağıyevin, “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d.,dosent S.Y.Sadıxovun, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d.,dosent E.A.Paşayevin, “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.Bağırovun, “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d.,dosent İ.M.Hacıyevin, “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri Z.V.Quliyevin, “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun və “Örtülü torpaqlarda texnoloji proseslərin avtomatlaşdırılması” laboratoriyasının müdiri əvəzi F.F.Səddinovun mərhələ üzrə hesabatları dinlənildi.
