14 iyul 2022-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlik məsələlər:
- İnstitutun 2022-ci il üçün mövzu planı üzrə yarımillik qısa elmi hesabatların müzakirəsi.
- Müxtəlif məsələlər.
- Dinlənildi: ”Bitkiçiliyin mexanikləşdirilməsi “ laboratoriyasının müdiri t.f.d.,dosent E.M.Nağıyevin, “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d.,dosent S.Y.Sadıxovun, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d.,dosent E.A.Paşayevin, “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.T.Ələkbərovun, “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d.,dosent İ.M.Hacıyevin, “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri Z.V.Quliyevin, “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun və “Örtülü torpaqlarda texnoloji proseslərin avtomatlaşdırılması” laboratoriyasının müdiri əvəzi Ə.Q.Hüseynovun mərhələ üzrə hesabatları dinlənildi.
- 2022-ci ilin I yarımilliyi üzrə aşağıdakı laboratoriyalarının: ”Bitkiçiliyin mexanikləşdirilməsi,“ “Bağçılığın mexanikləşdirilməsi,” “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması,” “Kənd təsərrüfatı məhsullarının emalı,” “İnformasiya təminatı, patent və texniki vasitələr,” “Örtülü istehsal torpaqlarda texnoloji proseslərin avtomatlaşdırılması” hesabatları qənaətbaxş hesab edilərək qəbul edilsin.
