15 mart 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
GÜNDƏLİK MƏSƏLƏ:
- İnstitutun 2019-cu il üçün mövzu planının gedişi haqqında.
- Dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi.
- Dissertant Eldar Aydın oğlu Əliyevin “Hidroötürücülü rotasiyalı otbiçənin işlənməsi, parametrləri və iş rejimlərinin əsaslandırılması”adlı dissertasiya mövzusu təsdiq edilsin. Texnika elmləri doktoru, professor Bayram Məhəmməd oğlu Bağırov dissertant E.A.Əliyevin elmi rəhbəri təsdiq edilsin.
- Dissertant Cəlil Qasım oğlu Dadaşovun “Kiçik südlük fermer təsərrüfatı üçün mexanikləşdirilmiş istehsal texnologiyasının işlənməsi” adlı dissertasiya mövzusu təsdiq edilsin. Texnika elmləri doktoru, professor Qabil Balakişi oğlu Məmmədov dissertant C.Q.Dadaşovun elmi rəhbəri təsdiq edilsin.
