İnstitutun Elmi Şurasında 18-20 dekabr 2018-ci il tarixlərində “2018-2020-ci illər üzrə təsdiq edilmiş mövzu planı”na müvafiq olaraq aparılmış elmi-tədqiqat işlərinin I mərhələsinin hesabatı (2018-ci il, aralıq) dinlənib, müzakirə olunmuşdir. Mövzular: 1. “Taxıl istehsalında mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənib hazırlanması”. “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyası. Mövzu rəhbəri: t.f.d., dos. E.M.Nağıyev. 2. “Buzovların yemlənməsi üçün üzlü süd əvəzedici hazırlayan qurğunun konstruktiv-rejim parametrlərinin əsaslandırılması və işlənməsi”. “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyası. Mövzu rəhbəri: Z.V.Quliyev. 3. “Kəndli-fermer təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının istehsalında və emalında enerji və resurs qoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi”. “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyası. Mövzu rəhbəri: t.f.d., dos. İ.M.Hacıyev. 4. “Üzümçülüyün mexanikləşdirilməsində yeni enerji və vəsait qoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi” 2018-2020-ci il. “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyası. Mövzu rəhbəri: H.T.Ələkbərov. 5. “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsində enerji və vəsait qoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi”. “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyası. Mövzu rəhbəri: Ə.A.Cəfərov. 6. “Respublikanın aqrar sənaye kompleksində texniki servis və istismar xidməti bazalarının təşkilinin elmi cəhətdən əsaslandırılması”. “Texniki təminat, texniki istismar və aqroservis xidməti” laboratoriyası. Mövzu rəhbəri: t.f.d., dos. S.Y.Sadıxov. 7. “Qərzəkli meyvə istehsalında mütərəqqi vəsait və enerjiqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi”. “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyası. Mövzu rəhbəri: t.f.d., dos. E.A.Paşayev. Elmi Şurada irad və təkliflər nəzərə almaqla mövzu üzrə aralıq hesabatların qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.
