
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən "Aqromexanika" Elmi-Tədqiqat İnstitutuna yeni faydalı model patenti təqdim olunmuşdur.
İnstitutun alim və mütəxəssisləri — Kamil Fətəliyev Hətəm oğlu, Nağıyev Elmar Məmməd-Cəfər oğlu, Qurbanov Hüseyn Nurəddin oğlu, Məmmədov İsrayıl Oruc oğlu və Məmmədov Mehran Fikrət oğlu tərəfindən işlənib hazırlanmış "Yamaclarda torpaqbecərən və lentli səpin aparan kombinəedilmiş qurğu" adlı ixtira F 2026 0026 nömrəli patentlə (İddia sənədinin nömrəsi: U 2025 0016) dövlət reyestrində qeydiyyata alınmışdır.
Yeni işlənib hazırlanmış kombinəedilmiş qurğu yamaclarda torpaqbecərmə və lentli səpin proseslərinin effektivliyini artırmaq, resurslara qənaət etmək və kənd təsərrüfatı işlərinin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Kollektivimizi bu böyük elmi uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!