
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən "Aqromexanika" Elmi Tədqiqat İnstitutunun əməkdaşları Babayev Şahlar Mahmud oğlu, İsgəndərov İlham Əli oğlu, Bağırov Hadı Sadıx oğlu, Əliyev Hafiz Zahir oğlu, Quliyev Şahin Əmir oğlu, Kazımova Səbinə Vladimir qızının müəllifliyi ilə "İşçi məhlulun verilmiş səthə məcburi çöktürülməsi üsulu" adlı ixtiraya İ 2026 0030 nömrəli Patent təqdim olunmuşdur.
Təqdim olunan ixtiranın əsas məqsədi pestisidlərin bitkiyə təsir effektivliyini yüksəltməkdir. Üsulun tətbiqi zamanı müxtəlif tərəvəzlərdən soyuq sıxma yolu ilə alınan maye pestisidlərə qarışdırılaraq, çilənən məhlulun bitki yarpağı üzərindəki dayanıqlığı və yapışma qabiliyyəti təmin edilmişdir.
İnstitutumuzun rəhbərliyi və kollektivi adından müəllif heyətini bu mühüm elmi nailiyyət münasibətilə samimi qəlbdən təbrik edir, gələcək elmi-tədqiqat fəaliyyətlərində yeni uğurlar arzulayırıq!