ƏLAQƏ
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutu Novruz bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir

Novruz bayramı xalqımızın əsrlərdən bəri yaşatdığı zəngin ənənələrin, saf niyyətin, xeyirxahlığın və yenilənmə ruhunun təcəssümü kimi xüsusi məna daşıyır. Novruz bayramı təkcə təbiətin oyanışı və baharın gəlişi deyil, eyni zamanda milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi bütövlüyümüzün ifadəsidir. Əsrlər boyu xalqımız bu bayramı böyük sevinc və ehtiramla qeyd etmiş, onu ailə dəyərlərinin, birlik duyğusunun, qarşılıqlı hörmətin və humanist ənənələrin yaşadıldığı müqəddəs gün kimi qoruyub saxlamışdır. Novruzun hər bir atributu – səməni, tonqal, bayram süfrəsi və xalq adətləri – milli irsimizin ayrılmaz parçası kimi bu gün də öz əhəmiyyətini qorumaqdadır.

Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, Novruz bayramı xalqımızın qədim tarixini, milli ruhunu və mənəvi zənginliyini özündə əks etdirən əziz bayramdır. Məhz bu yüksək münasibətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikasında Novruz bayramı dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur, ümummilli birlik, yenilənmə, həmrəylik və mənəvi bağlılıq rəmzi kimi dəyərləndirilir. Bu əziz bayram cəmiyyətimizdə milli ənənələrə sədaqətin, dövlətçiliyə bağlılığın və vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir.

"Aqromexanika" Elmi-Tədqiqat İnstitutu olaraq xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu özündə yaşadan bu əziz bayram münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, firavan həyat, ruzi-bərəkət və yeni uğurlar arzulayırıq. Baharın gəlişi ilə səsləşən bu gözəl bayramın hər ocağa sevinc, hər ailəyə xoşbəxtlik, yurdumuza əmin-amanlıq, respublikamıza davamlı inkişaf və xalqımıza bol ruzi-bərəkət gətirməsini arzulayırıq. Qoy Novruzun nurlu nəfəsi könüllərə istilik, evlərə bərəkət, gələcəyimizə isə yeni ümidlər və uğurlar bəxş etsin. Novruz Bayramınız Mübarək olsun!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ:
DİGƏR XƏBƏRLƏR