herosecpages1_page-0001
blank
Elmi şura və doktorantura
Elmi istiqamət və problemlər

İstiqamət:

Respublikada ekosistemin qorunması, torpağın erroziyasının azaldılması, şoranlaşmış və şorakət torpaqların meliorasiyası, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, suya qənaət edici yeni suvarma sistemlərinin öyrənilməsi və tətbiqi, quraqlığa davamlı bitki sortlarının yaradılması, mövcud bitki və heyvan genofondunun qorunması, toxumçuluq və tüngçiliyin inkişafı, işğaldan azad edilmiş ərazilərdə su hövzələrinin, fauna və floranın tədqiqi, balıqçılığın elmi əsaslarla inkişafı, mövcud kənd təsərrüfatı texnikasından səmərəli istifadə üsullarının işlənməsi, baytarlıq və bitki mühafizə xidmət sahələrinin ekoloji tələbata uyğun yenidən qurulması, heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı, saxlanması və emalı texnologiyalarının təkmilləşdirilməsi, elektrik enerjisi itkilərinin aqrar sektorda azaldılması və yaşıl enerjinin geniş yayılmasına üstünlük verilməsi, iqtisadi rayonlar üzrə torpağın səmərəli istifadəsi üçün iqlim araşdırmalarının aparılması, az enerji tutumlu, innovativ texnologiyaların torpaq şəraitinə uyğun ildə 2-3 dəfə məhsul istehsalı imkanlarının təhlili, pay torpaqlarının könüllülük əsasında birgə istifadə edilməsi təşviqatının aparılması.

Ölkənin davamlı ərzaq təminatı məqsədilə taxılçılıqda məhsuldarlığın yüksəldilməsi hesabına əkin sahələrinin azaldılması, tarla bitkilərinin istehsalında pilotsuz uçuş aparatlarından geniş istifadə edilməsi istiqamətində geniş elmi tədqiqat işlərinin aparılması, çirklənmiş çayların və çirkab suların təmizlənərək suvarmada istifadə edilməsi.



Problem:

Əhalinin bitkiçilik və heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün enerji və resursqoruyucu innovativ texnologiya və texniki vasitələrdən, alternativ və bərpa olunnan enerji resurslarından, həmçinin dünya üzrə baş verən iqlim dəyişikliyinə adaptasiya olunan müasir torpaq və su ehtiyatlarına qənaət edən texnologiyalardan səmərəli istifadənin işlənilməsi.

DİGƏR XƏBƏRLƏR