
"John Deere" şirkəti tərəfindən Kənd Təsərrüfatı Nazirliyi üçün hazırlanmış Əməliyyat Mərkəzinin (Operational Center) nümayişinə həsr olunmuş onlayn təqdimat 27 fevral tarixində (16:00–17:00) baş tutmuşdur. Onlayn təqdimatda “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri namizədi, dosent, Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru Kamil Fətəliyev iştirak etmişdir.
Təqdimat zamanı platformanın əsas funksiyaları, məlumatların toplanması və idarəetmə proseslərinin rəqəmsallaşdırılması imkanları nümayiş etdirilmişdir. Təqdimat interaktiv formatda keçirilmiş və müzakirələr aparılmışdır.


